Əsas Səhifə > Güney Press > “Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır”

“Ermənistanda buna qarşı çıxan ya agent, ya alçaqdır”


Bu gün, 15:14

“Həm Ermənistanda, həm də müəyyən dərəcədə Azərbaycanda qəzəb, inamsızlıq və kin hökm sürür.

Bu, 35 illik düşmənçilik, nifrətdən sonra tamamilə təbiidir. Ermənistan-Azərbaycan münaqişəsi yeganə münaqişə deyil. Lakin müəyyən dərəcədə nifrət səviyyəsi və düşmənçilik yaranması baxımından unikaldır. Bu məsələləri həll etmək və bu hissləri aradan qaldırmaq üçün hələ çox iş görməliyik”.

“Cebheinfo.az” xəbər verir ki, bunu 21-22 noyabr tarixlərində "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycana səfər edən vətəndaş cəmiyyəti nümayəndəsi Areq Koçinyan 24 noyabrda jurnalistlərlə görüşdə bildirib:

"Azərbaycanlı ekspertlər və vətəndaş cəmiyyəti nümayəndələri Ermənistanda olanda, bir çoxlarının əvvəlki bəyanatlarını və çıxışlarını xatırlayaraq "Bunlar sülh qurucularıdırmı?" dediyini gördük. Demək istəyirəm ki, eyni şey bizim də başımıza gəldi.

Əvvəlki bəyanatlarımız və hərəkətlərimiz barədə məlumat yayıldı və insanlar deyirdilər ki, bəs bu insanlar bizimlə sülh qurmağa gəliblərmi? Başqa sözlə, əgər keçmişə qayıdıb kimin nə dediyini, kimin nə etdiyini və kimin necə davrandığını hesablasaq, bunun çıxılmaz bir sonluq olacağı qənaətinə gələrdik.

Bu baxımdan, bu məsələdə Azərbaycan tərəfdaşlarımızla müəyyən qarşılıqlı anlaşma mövcuddur. Müxtəlif siyasi xadimlər bu qəzəbdən, məyusluqdan, inamsızlıqdan və müəyyən dərəcədə qorxudan hər cür istifadə etməyə çalışırlar.

Mənim fikrimcə, bu, olduqca iyrəncdir. Mənim fikrimcə, Ermənistanda Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sülh prosesinə qarşı çıxan hər kəs ya xarici agent, ya alçaq, ya da nədən danışdığını bilməyən siyasətdən kənar bir axmaqdır", - deyə Koçinyan bildirib.


Geri qayıt