Əsas Səhifə > Güney Press > “İndiyədək arxamda kim olub ki?”
“İndiyədək arxamda kim olub ki?”Bu gün, 12:56 |
|
“İndi danışmağımın yeri və vaxtı deyil. Rəsmi açıqlama veriləcək, biləcəksiniz. İndi nəsə danışmaq halında deyiləm. 1-2 saata, uzağı günün sonuna qədər hər şey bəlli olacaq”. Bunu Teleqraf-a açıqlamasında “Neftçi”nin baş məşqçisi postundan istefaya göndərildiyi bildirilən Samir Abasov deyib. 47 yaşlı mütəxəssis “Neftçi” haqqında danışmaq istəmədiyini bildirib: “Bunu “Neftçi” haqqında yox, ümumi deyirəm. Bu gün kimsə hansısa klubu Premyer Liqada saxlayır, şirin-şirin danışır, hamı onu tərifləməyə başlayırlar. Amma elitadan düşmə təhlükəsi olan komandanı saxlayıb, gələn il avrokuboklara aparan adam barədə heç kim danışmır. Danışmaq istəyənləri də ört-basdır edirlər, danışmağa qoymurlar. Ürəyim ağrıyır. Sadəcə kimə deyim, kim var ki, indiyədək kim olub ki, arxamda? O haldayam ki… “Neftçi” haqda danışmaq istəmirəm. Azərbaycan üçün nə məşqçi, nə mütəxəssis, nə də işləyən lazımdır. Adamın, bir də səni tərifləyənin, danışanın lazımdır”. Geri qayıt |