Əsas Səhifə > Güney Press > Yeniyetmə oğlan Bakıdakı oteldə anasını öldürüb
Yeniyetmə oğlan Bakıdakı oteldə anasını öldürübBu gün, 12:44 |
|
Bakıda anasını qətlə yetirməkdə təqsirləndirilən yeniyetmə A.Q-nın cinayət işi uzrə ilk məhkəmə hazırlıq iclası keçirilib. "Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Telman Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən yeniyetmənin anket məlumatları dəqiqləşdirilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbirinini dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul edilib. Növbəti proses dekabrın 3-nə təyin edilib. Qeyd edək ki, hadisə 2025-ci il avqustun 27-də Bakıda "Beynəlxalq Avtovağzal Kompleksini"nin otelində baş verib. 1989-cu il təvəllüdlü Əsmə Qasımovanın qaldığı oteldə qətlə yetirilməsi iləbağlı polisə məlumat daxil olub İsti izlərlə həyata keçirilən araşdırmalar zamanı hadisənin qadının oğlu, 16 yaşlı oğlu tərəfindən törədildiyi məlum olub. Araşdırmalarla məlum olub ki,o anası ilə Türkiyədən gələrək müvəqqəti qaldığı oteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib.Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub. A.Q. qarşı Cinayət Məcəlləsinin 120.1 maddəsi ilə ittiham irəli sürülüb. Geri qayıt |