Əsas Səhifə > Güney Press > Ermənistanda hərbi xidmət müddətini 18 aya endirmək təklif olunub
Ermənistanda hərbi xidmət müddətini 18 aya endirmək təklif olunubBu gün, 12:27 |
|
Ermənistanın müdafiə naziri Suren Papikyan “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanuna sıravi heyət üçün məcburi hərbi xidmət müddətini 24 aydan 18 aya endirməyi nəzərdə tutan dəyişikliyi təklif edib.
“Bu qərar 1 yanvar 2026-cı ildən sonra qüvvəyə minəcək və müddətli hərbi qulluqçulara şamil olunacaq. Qış çağırışı çərçivəsində Silahlı Qüvvələrin komplektləşdirilməsi prosesi 7 yanvar 2026-cı ildən etibarən başlanacaq”, – Papikyan bildirib. Onun sözlərinə görə, xidmət müddətinin azaldılması əvvəlki çağırışlarla xidmətə götürülən hərbçilərə şamil olunmur. Ermənistan parlamentinin müxalif “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan bildirib ki, qanun layihəsinin qəbulu vaxtsızdır və şəxsi heyətin komplektləşdirilməsi ilə bağlı problemlərə səbəb ola bilər. Geri qayıt |