Əsas Səhifə > Güney Press > Sədərəkdə erkən nikahın qarşısı alınıb
Sədərəkdə erkən nikahın qarşısı alınıbBu gün, 12:08 |
|
Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb. APA-nın əldə etdiyi məlumata görə, rayonun Dəmirçi kəndində 21 yaşlı oğlanla 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb. Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib. Geri qayıt |