Əsas Səhifə > Güney Press > Bakıda anasını döyən şəxsə hökm oxundu

Bakıda anasını döyən şəxsə hökm oxundu


Bu gün, 11:01

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Asif Həsənovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 27 oktyabr 2025-ci il tarixdə, saat 22 radələrində paytaxtın Sabunçu rayonu ərazisində qeydə alınıb.


Belə ki, Asif Həsənov yaşadıqları evin həyətyanı sahəsində anası, zərərçəkmiş Məleykə Həsənova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının həyətyanı sahəyə qapının üzərindən pilləkənlə keçməsi olub.


Mübahisə zamanı təqsirləndirilən şəxs anasının qolundan və əlindən tutub güclə sıxmış, bu hərəkət nəticəsində zərərçəkmiş şəxsin sağ said nahiyəsində, sağ mil-bilək oynağına keçən dərialtı hematoma yaranıb.


Beləliklə, Asif Həsənov anasına qarşı qəsdən zor tətbiq etməklə onun sağlamlığına yüngül zərər vurub.


Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş Məleykə Həsənova yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmadığını bildirib.


Geri qayıt