Əsas Səhifə > Güney Press > Samir Abasov istefaya göndərildi

Samir Abasov istefaya göndərildi


Bu gün, 10:52

"Neftçi" baş məşqçisi Samir Abasovu istefaya göndərib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, buna səbəb komandanın uğursuz çıxışı olub.

Paytaxt klubunun rəhbərliyi ötən gün Azərbaycan Premyer Liqasının XII turunda evdə "İmişli"yə 2:3 hesablı məğlubiyyətdən sonra 47 yaşlı mütəxəssislə bağlı fikrini qətiləşdirib və müqaviləyə xitam verilib.

Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrından "Neftçi"nin baş məşqçisi idi. O, daha əvvəl 2020-2022-ci illərdə də "ağ-qaralar"ı çalışdırıb.


Geri qayıt