Əsas Səhifə > Güney Press / Partiya > AVP sədri partiyadaşlarına müraciət etdi

AVP sədri partiyadaşlarına müraciət etdi


Dünən, 08:54

"Bu gün Ana Vətən Partiyasının təsis olunmasının 35-ci ildönümüdür. Çətin, lakin şərəfli bir yol keçmiş partiyamız müasir Azərbaycan tarixində prinsipial mövqeyi ilə tarixi iz qoymuşdur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün  sosial şəbəkə hesabında Ana Vətən Partiyasının sonuncu qurultayında sədr seçilmiş Elçin Ağamalı qeyd edib.
AVP sədri daha sonra qeyd edib: "Çox xoşbəxtəm ki, 16 yaşından başlayaraq mənim də Ana Vətən Partiyasının böyüməsində, siyasi xəttinin aparılmasında az da olsa xidmətlərim olub. Hər bir partiyada olduğu kimi Ana Vətən Partiyası da təşkilati cəhətdən özünün güclü və zəif dövrlərini yaşamışdır. Məhz təmənnasız olaraq partiyada olan fədəkar insanların sayəsində biz çətin və zəif durumdan hər zaman güclü çıxdıq. Hazırda partiyamız özünün növbəti çətin sınaq dövrünü yaşayır. Əminəm ki, ölkəmizdə hüququn aliliyi partiyamızı düşmüş olduğu böhrandan çıxaracaqdır.
Dəyərli ana vətənçilər, Sizləri partiyamızın yubiley yaşı münasibətilə ürəkdən təbrik edir, ömürlərinin böyük qismini Ana Vətən Partiyası ilə bağlayan prinsipial və əqidəli təşkilat sədrlərini bağrıma basıram. 35 yaşımız mübarək!"

Geri qayıt