Əsas Səhifə > Güney Press / Partiya > İLQAR MƏMMƏDOVDAN VÜQAR BAYRAMOVA TİKANLI SÖZLƏR

İLQAR MƏMMƏDOVDAN VÜQAR BAYRAMOVA TİKANLI SÖZLƏR


Bu gün, 06:34

Bir neçə gün əvvəl REAL Partiyasının sədri Natiq Cəfərli Azərbaycanı Ermənistan və Gürcüstanla müqayisə edərək bəzi gösəticilərdə bu ölkələrdən geri qaldığımızı yazmışdı.
O, bildirib ki, sosial xərclərdə Azərbaycan bu iki qonşu ölkədən geri qalır.
Buna cavab olaraq deputat Vüqar Bayramov hökumətə yönəlik tənqid müəlliflərini “marginal qrup” adlandırmışdı.
Vüqar Bayramov deyib ki, Ermənistanın və Gürcüstanın sosial müdafiə xərcləri 4 dəfə azdır.
Gununsesi.info-nun xəbərinə görə, REAL-ın qurucusu İlqar Məmmədov Vüqar Bayramovu YAP-ın sözçüsü adlandırıb:
“Biri var YAP`çı deputatlar – onlar öz partiyasının yanlış xəttini bizdən qorumağa borcludurlar və buna çalışırlar. Anlaşılandır. Biri də var hakim partiyanın bizə qarşı ara-sıra istifadə etmək istədiyi “müstəqil” deputatlar.
Bu günlərdə hökumət onlardan birini bizim əsaslı tənqidimizdən qorunmaq üçün çıxarıb istifadə eləməyə çalışdı. Biz deyəndə ki, Azərbaycanda maaşlar da qonşu Gürcüstan və Ermənistandan 20-25 faiz aşağıdır, əhalinin banklarda pulu da qonşulardakından 3 dəfə azdır hökumətin acığına gəlir. YAP özü dinə bilmir, bu müstəqilin dili ilə deyir ki, Ermənistanın və Gürcüstanın sosial müdafiə xərcləri bizdəkindən guya 4 dəfə azdır.
Bu, yalan və uydurmadırr, çünki bizim sosial müdafiə xərclərimizə hökumət, məsələn, müəllim və həkimlərin halalca maaşını da daxil edib. Yəni insanların əməyi əvəzində aldığı maaş Azərbaycanda dövlətin yardımı kimi təsvir olunub. Minnətə bax. Qonşularda təbii ki, bu cür xərclər ayrıdır, ona görə də həmin bu dırnaqarası müstəqil deputat malı-mala qatıb Azərbaycanı üstün göstərmək istəyirdi.
Ümumiyyətlə, müstəqil deputat nə deməkdir ki? Dürüst deputatın əksər hallarda partiya mənsubiyyəti olar. Avropanın 45 ölkəsində müstəqillər parlamentin ortalama 2 faizini təşkil edir. Yəni marjinal, kiçicik bir qrupdurlar. Azərbaycanda isə 35 faizsiniz e. Hamınız da YAP`ın qulluğunda. Kimi aldadırsınız? Bu rəqəm, bu 35 faiz özü-özülüyündə bir ifşa rəqəmidir. “Müstəqil” deyib özünüzü hamıdan düzgün adam göstərə bilməyəcəksiniz. YAP`ın yalanlarını “müstəqilik” adı ilə xalqa sata bilməyəcəksiniz. Respublikaçı Alternativ partiyası olaraq doğru fikri bu ölkədə biz söyləyirik, biz müdafiə edirik”.

Geri qayıt