Əsas Səhifə > Güney Press > Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdi
Ali Məhkəmə Bəxtiyar Hacıyevlə bağlı qərar verdiBu gün, 12:17 |
|
"DİA-AZ" Teleqraf-a istinadla xəbər verir ki, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara görə, şikayət təmin olunmayıb.
Xatırladaq ki, Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətə azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin apellyasiya şikayət təmin olunmayıb.
Qeyd edək ki, Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülmüşdü.
Onunla bloger Ülviyyə Alovlu arasında Yasamal rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də güc tətbiq edib.
İyunun 16-da Bəxtiyar Hacıyevə qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192 (qanunsuz sahibkarlıq), 193-1 (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206 (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.Noyabrda isə ona daha bir ittiham verilib. Ona qarşı Cinayət Məcəlləsinin 213.1 (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.
Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir.
Bəxtiyar Hacıyevin işi üzrə zərərçəkmiş qismində iki nəfər - bloger Ülviyyə Muradova (Alovlu) və Orxan Abdullayev tanınıb.
Onlar Yasamal rayon Məhkəməsində baş vermiş insidentlə bağlı zərərçəkmiş qismində tanınıblar.
Geri qayıt |