Əsas Səhifə > Güney Press > "Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib,

"Yaşıl Dəhliz Birliyi"nin yeni Baş direktoru təyin edilib,


Bu gün, 12:00

Tural Əliyev "Yaşıl Dəhliz Birliyi" MMC-nin yeni Baş direktoru təyin edilib və şirkətin nizamnamə kapitalının artırılması barədə razılığa gəlinib.

"Report" Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə nazirlikdə "Yaşıl Dəhliz Birliyi" MMC-nin iştirakçıları olan "Azərenerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistanın Milli Elektrik Şəbəkələri" ASC nümayəndələrinin iştirakı ilə keçirilən ümumi yığıncağında bildirilib.

Energetika nazirinin müavini Orxan Zeynalov "Azərbaycan-Mərkəzi Asiya Yaşıl Enerji Dəhlizi" layihəsinin əhəmiyyətini vurğulayıb, bu layihənin ölkələr arasında əməkdaşlığı yeni bir səviyyəyə çıxardığını qeyd edib. Bu çərçivədə "Yaşıl Dəhliz Birliyi" MMC-nin uğurlu fəaliyyətinin xüsusi önəm kəsb etdiyi bildirilib.

Bununla yanaşı, texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi üçün məsləhətçi şirkətin cəlb edilməsi və digər təşkilati məsələlər ətrafında müzakirələr aparılıb.

Sonda qəbul edilmiş qərarlara dair müvafiq sənədlər imzalanıb.


Geri qayıt