Əsas Səhifə > Güney Press > Paşinyanın üç yol təklifinə Bakıdan reaksiya
Paşinyanın üç yol təklifinə Bakıdan reaksiyaBu gün, 11:38 |
|
“Sovet dövründə Azərbaycanla Tavuş və Sünik (Zəngəzur) bölgələri vasitəsilə birbaşa dəmir yolu əlaqəmiz var idi. Diqqətinizi ona yönəltmək istərdim ki, Ermənistan Türkiyədən Marqara və Kornidzor vasitəsilə Azərbaycana və əks istiqamətdə yük daşımalarını dərhal təmin etməyə hazır olduğunu bildirib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ötən həftə İrəvanda keçirilən “Dünyanın kəsişməsi: regional rabitənin inkişafı” konfransındakı çıxışında bildirib. “Niyə bunu indi təklif edirik? Çünki bu infrastruktur hazırdır, müzakirə edəcəyim bütün digər sahələrdə hazırlıq var. Biz də siyasi cəhətdən hazırıq, sadəcə olaraq, buraya investisiya qoymalıyıq”, - deyə Paşinyan bildirib. Azərbaycan və Türkiyə bu təklifi qəbul edəcəkmi və Paşinyanın qeyd etdiyi yolun onun dediyi kimi qısa müddətdə işə salınması mümkündürmü? Deputat Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan üç istiqamət üzrə regional kommunikasiyalardan danışıb, onların hər üçü sovet dövründə mövcud olmuş magistal yol, dəmir yolu və rabitə xətləridir: “Üçüncüdə, sadəcə, avtomobil yolu mövcud olub. Digərlərində isə həm avtomobil, həm dəmiryol şaxələri mövcud idi. Nikol Paşinyanın ifadə etdiyi birinci marşrut hamımızın gözlədiyimiz daha çox populyar olan və müzakirə edilən Zəngəzur dəhlizi-Tramp marşrutudur. Bu marşrut elə sovet dövründə sadəcə dəmiryolu infrastrukturu idi. Çünki bu marşrutun keçdiyi 42 kilometrlik ərazi Zəngəzur dağlarının ətəkləri ilə Araz çayının sahili boyu sıxışmış bir ərazidən bəzən dağların ətəyindən xüsusi yarımtunellər vasitəsilə birləşərək keçən bir dəmir yolu idi. Yəni buradan coğrafiyanın çox dar və məhdud olması üzündən avtomobil yolunun açılması mümkün olmamışdı. Hazırda əsas kommunikasiya bu ərazi üzrə mümkündür. Çünki dəmr yolu Ordubad rayonunun Kotan kəndindən Salaməleyk stansiyasından daxil olmaqla, bizim Araz dəyən dediyimiz, ermənilərin isə yerask dedikləri Sədərəklə Vedibasarı birləşdirən hissədir. İrəvan-Moskva qatarı da həmin dəmir yolundan istifadə etməklə Azərbaycan üzərindən Moskvaya gedib çatırdı”. Deputatın sözlərinə görə, ikinci yol Paşinyanın Tavuş dediyi Dilican yoludur: “Bu yol da dağlıq ərazilərdən keçir. SSRİ dövründə çox işlək yol olub. İrəvandan və Gümrüdən Gəncəyə gələn avtobuslar bu yoldan istifadə edirdi. O zaman bu yola biz Leninakan-Kirovabad yolu xətti üzrə yol kimi baxırdıq. Amma bu yol da şaxələnirdi və şaxələrdən biri Sadaxlı-Noyamberyan-Körpülü xətti ilə İrəvana gediri. Üçüncü yol isə Marqara-Kordnidora keçərək Zəngəzur dağlarının üstündən Gorus-Laçın-Şahbuz xəttidir. Bu yol hər iki yoldan daha məhdud yoldur. Ona görə ki, sıx dağlıq ərazilərdən keçir və sadəcə, turizm yolu kimi cəlb edici ola bilər. Çünki mövsimi xarakter daşıyacaq. Qışda bu yol sovet dövründə də işləmirdi. Dediyim odur ki, Paşinyanın söylədiyi üç yoldan ikisi yükdaşımalar üçün əlverişli deyil. Tavuş yolu dediyi Qazax-Dilican yolu daha işlək yol ola bilər. Bu yolu genişləndirməklə avtomobil yükdaşımaları üçün uyğun vəziyyətə gətirmək olar. Amma mənə belə gəlir ki, bu yolun hazırlanması sual altındadır. Yəni Paşinyanın dediyi kimi o qədər asan deyil ki, dərhal Türkiyədən gələn yüklər o yoldan daşınsın. Məncə, Paşinyan nəzəri olaraq o yolun qısa müddətdə işlək hala gətirilməsindən danışıb”. Geri qayıt |