Əsas Səhifə > Güney Press > “Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldı
“Tik-tok”da canlı yayımda söyüş söyən 38 yaşlı kişi cəzalandırıldıBu gün, 10:34 |
|
Naxçıvanın Ordubad rayonunda “Tik-tok” sosial şəbəkəsində nalayiq ifadələr işlədən şəxs inzibati məsuliyyətə cəlb edilib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1987-ci il təvəllüdlü Vüqar Səlimov (ad-soyad şərti verilib – red.) bu il noyabrın 8-də, axşam saatlarında kafedə olarkən sosial şəbəkədə özünə məxsus “Tik-tok” səhifəsində canlı yayımda nalayiq sözlər işlədib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham elan edilib. İş üzrə izahat verən V. Səlimov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, canlı yayımda olduğu zaman tanıdığı şəxs ona zəng edib: “O mənimlə zarafatlaşdı. İçkiliydim deyə canlı yayımda olduğumu unutdum. Zarafatla nalayiq sözlər işlətdim. Hərəkətlərimdən səmimi peşmanam”. Ordubad Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxs 70 manat məbləğində cərimə olunub. Geri qayıt |