|
Bu ilin 3-cü rübü ərzində Azərbaycanda ümumilikdə 28 min 836 yeni iş yeri açılıb. Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ən çox yeni iş yerinin Nərimanov rayonunda açıldığı bildirilir. Bu ilin iyul–sentyabr aylarında Nərimanovda açılan yeni iş yerlərinin sayı 4 min 19 olub. Qeyd edək ki, ölkə üzrə açılan yeni iş yerlərinin 78%-i və ya 22 min 434-ü Bakı şəhərinin payına düşüb. Azərbaycanın 6 rayonunda – Babək, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Xızı rayonlarında 3 ay ərzində – iyul–sentyabr aylarında yeni iş yeri açılmayıb. Paytaxt Bakının bəzi rayonlarından sonra ən çox iş yeri Sumqayıt (838 yer), Abşeron (717 yer), Şirvan (572 yer), Zaqatala (487 yer) və Qubada (483 yer) açılıb. Naxçıvan Muxtar Respublikasına daxil olan şəhər və rayonların yalnız 3-də – Naxçıvan şəhərində (89 yer), Ordubad (2 yer) və Şərur (2 yer) rayonlarında yeni iş yerləri açılıb. Azərbaycanın şəhər və rayonlarında açılan yeni iş yerlərinin sayı aşağıdakı kimi olub: Azərbaycan – 28 836 Bakı şəhəri – 22 434 Nərimanov – 4 019 Nəsimi – 3 988 Yasamal – 2 990 Xətai – 2 791 Səbail – 2 609 Binəqədi – 2 194 Sabunçu – 1 446 Nizami – 1 103 Sumqayıt – 838 Abşeron – 717 Şirvan – 572 Xəzər – 561 Zaqatala – 487 Quba – 483 Suraxanı – 453 Gəncə – 214 Qəbələ – 209 Bərdə – 199 Tovuz – 111 İmişli – 124 Xankəndi – 131 Mingəçevir – 52 Göygöl – 51 İsmayıllı – 45 Lənkəran – 44 Ağdam – 41 Göyçay – 40 Samux – 37 Cəlilabad – 36 Neftçala – 34 Zəngilan – 32 Siyəzən – 33 Qax – 30 Ağcabədi – 30 Şuşa – 29 Sabirabad – 27 Cəbrayıl – 27 Salyan – 26 Qazax – 21 Kürdəmir – 20 Zərdab – 18 Yevlax – 18 Saatlı – 17 Gədəbəy – 16 Ağdərə – 14 Xocavənd – 14 Ağdaş – 13 Ağstafa – 13 Oğuz – 12 Yardımlı – 12 Kəlbəcər – 12 Qobustan – 11 Masallı – 9 Xocalı – 7 Pirallahı – 7 Ağsu – 5 Qubadlı – 5 Hacıqabul – 5 Daşkəsən – 4 Şabran – 4 Ucar – 3 Ordubad – 2 Şərur – 2 Naftalan – 2 Babək – 0 Culfa – 0 Kəngərli – 0 Sədərək – 0 Şahbuz – 0 Xızı – 0
Geri qayıt
|