Əsas Səhifə > Güney Press / Ana xəbər > Paşinyan Səfəvilərə aid "Qırmızı körpü"nün yeni açılışında iştirak etdi...

Paşinyan Səfəvilərə aid "Qırmızı körpü"nün yeni açılışında iştirak etdi...


Bu gün, 09:53

"Ermənistan baş naziri Nikol Paşinyan İrəvanın Kentron inzibati rayonunda tarixi “Qırmızı Körpü” abidəsinin açılış mərasimində iştirak edib. Tədbirdə baş nazirin aparat rəhbəri Arayik Arutyunyan, Yerevan meri Tiqran Avinyan, təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan, Avropa İttifaqının Ermənistan Respublikasındakı nümayəndəliyinin rəhbəri, fövqəladə və səlahiyyətli səfir Vasilis Maraqos və başqaları iştirak ediblər."

Moderator.az xəbər verir ki, bunu "Armtimes" nəşri yazıb.


"İrəvanın tarixi Qırmızı Körpüsünün açılışı ilə Mədəniyyət, İdman və Turizm Nazirliyi ilə Aİ arasında əməkdaşlıq çərçivəsində həyata keçirilən “Avropa İrs Günləri” proqramı da yekunlaşıb.

Abidənin gücləndirilməsi, təmiri və bərpası işləri xeyriyyəçi Yuri Afrikyanın vəsaiti ilə, 2022-ci ildə Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi ilə xeyriyyəçi arasında imzalanmış memorandum çərçivəsində həyata keçirilib.

"Qırmızı körpü” respublika əhəmiyyətli abidədir, Hrazdan çayı üzərində yerləşir. Bu, İrəvanda qorunub saxlanılan ən qədim körpüdür və orta əsr Ermənistanının ən böyük mühəndis tikililərindən biri hesab olunur. Hündürlüyü 11 m, uzunluğu 80 m, eni 6,5 m-dir. Hrazdan dərəsinin sahillərini birləşdirən körpü İrəvan qalasından Ararat vadisinə yol əlaqəsini təmin edirdi. Körpü 10-13-cü əsrlərə aid tikili olub, cilalanmış fasadları, arkadaları və diş ətli formalı düzülüşlü arxada daşıyan üç qatlı profilli ön tağları var.

1830-1960-cı illərdə yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu müddətdə möhkəmləndirmə məqsədilə körpünün hər iki ucuna bazalt dayaqlar əlavə edilmişdir. Daha sonra, 1980-ci illərdə bərpa işləri yarımçıq qalmışdır. Tam bərpadan əvvəl körpünün yalnız cənub böyük tağı və şimal dayağı qorunub saxlanılmışdır. Körpü mahiyyət etibarilə dağıdılıb və təcili bərpaya ehtiyacı var. 2024-2025-ci illərdə “Qırmızı Körpü” yenidənqurmaların dəyərini əks etdirən bütün tarixi təbəqələri qoruyub saxlamaqla bərpa edilib", -erməni nəşrinin yaydığı xəbərdə belə deyilir.

Zəruri arayış:

Etibarlı tarixi mənbələrdən məlumdur ki, İrəvandakı "Qırmızı körpü" səfəvilər dövründə inşa edilib.

"Bakı-xəbər" nəşrinin hələ 2024-cü ildə apardığı araşdırmada deyilir:

"Qərbi Azərbaycan İcmasının rəsmi saytında bu barədə yazılır ki, İrəvan şəhərinin ən qədim körpüsü olan "Qırmızı körpü" Zəngi çayının üzərində 1679-cu ildə inşa edilib. Həmin dövrdə Zəngi çayı üzərindən şəhərə getmək üçün yeganə keçid olan bu körpü qırmızı daşdan hörüldüyünə görə o "Qırmızı körpü" adlandırılıb.

"Qədim İpək Yolundan keçdiyinə görə şəhərin tarixi üçün böyük əhəmiyyətə malik olmuşdur. Bəzən Zəngi çayının üzərində tikildiyi üçün körpüyə Zəngi körpüsü də deyilirdi.

Qırmızı körpünün ümumi uzunluğu 80 m, hündürlüyü 11 m, eni isə 4,8 m olmuşdur. İki tağı olan bu körpünün ikitərəfli əlavə axınını təmin etmək üçün kiçik köməkçi tağı da var idi.

"Böyük Qələbə" körpüsü tikildikdən sonra "Qırmızı körpü"dən istifadə edilməmiş və bu tarixi abidə dağılmışdır- məlumatda deyilir".

"Qədim yurd yerimiz-Qərbi Azərbaycan" nəşrində də "Qırmızı körpü" barədə məlumat verilib. Kitabda İrəvan şəhərində Azərbaycan memarlığından bəhs edilərək yazılır ki, Azərbaycamn qədim tarix və mədəniyyət abidələri ilə zəngin olan şəhərlərindən biri də İrəvandır. "İrəvandakı saraylar, imarətlər, hamamlar, körpülər, karvansaralar, məscid və mədrəsələr Arran, Marağa-Naxçıvan və Təbriz memarlıq məktəbini yaşadan zəngin mədəni irs olııb. Buradakı memarlıq abidələri orta əsrlərdə dünyanm bir çox alim və səyyahları heyran qoyub. Ona görə də onlar bu zəngin memarlıq haqqında zaman-zaman dəyərli əsərlər yazmışlar. Hansı ki, indi də onlar etibarlı mənbə kimi istifadə olunur. Belə tarixi mənbələrdə İrəvan qalasının Səfəvilər dövründə tikilməsi ilə bağlı məlumatlar var...

...Səfəvilər dövründə İrəvan yaxınlığıdan keçən çaylar üzərində bir neçə körpü inşa edilmişdi. Onlardan zəmanəmizə qədər gəlib çatanlardan biri Zəngi çayı üzərindəki "Qırmızı körpü"dür. O da İrəvandakı digər abidələr kimi müharibələr zamanı dağılsa da, dinc vaxtlarda bərpa edildiyi üçün zəmanəmizə qədər yaxşı vəziyyətdə qalmışdır.

"Qırmızı körpü" memarlıq və konstmksiya biçimi ilə Azərbaycanın Qazax rayonundakı eyniadlı (Qırmızı körpü) körpü ilə oxşarlıq təşkil edir. Bu baxımdan güman etmək olar ki, hər iki körpüniin inşası və ya onun sonrakı təmir işləri eyni memar tərəfındən icra edilib.

Körpünün ümumi uzunluğu təqribən 80 m, mərkəzdən ən hündür yeri 11 m, eni isə 4,8 m-dir. Onun sahillə birləşən hər iki tərəfı enişə malikdir. Ona görə də körpünün gövdəsi bütövlükdə tağbənd formadadır. Bu da körpünün yükgötürmə qabiliyyətini qat-qat artınr və onun möhkəmliyinə zəmin yaradır. Bununla yanaşı, əsas dayaqlar önümdəki dalğaqıranlar da körpünün uzunömürlü olması üçün əsas şərtdir. Bütün bunlar "Qırmızı körpü" üçün xarakterikdir. Körpünün su ötürən tağbəndləri oxvaridir. İslam memarlığı üçün xarakterik olan həmin tağlar relyefli xətlərlə haşiyələnib. Qazax körpüsündə olduğu kimi, bu körpünün də sahilə yaxın yerində köməkçi su ötürən keçid var. Onlar da körpünün digər konstruksiya və memarlıq formasındadır.

Bir sözlə, İrəvandakı "Qırmızı Körpü" Azərbaycan memarlığının orta əsr körpüsalma sənətinin dəyərli memarlıq əsəridir. Ona görə də heç də təsadüfü deyil ki, burada olmuş rəssam və səyyahlar yeri gəldikcə onun foto, rəsmlərini çəkib, öz əsərlərində çap etdirmişlər. Bütün bunlara baxmayaraq, sonralar körpü üzərində bərpa işləri aparan ermənilər onu özününküləşdirmişlər". Bu məlumatlar "Qədim yurd yerimiz-Qərbi Azərbaycan" kitabında əks olunub.

Araşdırma nəticəsində əldə etdiyimiz materiallardan, təkzib olunan faktlardan da aydın olur ki, "Qırmızı körpü" Azərbaycan türklərinin maddi mədəni irs nümunəsidir və o, Səfəvilər dövründə inşa olunub. Yəni bu körpünün ermənilərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Dağıdılıb baxımsız vəziyyətə salınan "Qırmızı körpü" Ermənistan rəhbərliyinin indi yadına düşüb. Əlbəttə, burada da məqsəd körpüdən tamamilə Azərbaycan türklərinin izlərini silib abidənin tamamilə erməniləşdirilməsinə nail olmaqdır. Özündə olmayan erməni memarlığının heç bir izini daşımayan körpü, yəqin ki, "restavrasiya" ediləndən sonra tamamilə qondarma ornamentlərlə "bəzədiləcək". Ermənilərin nə etməsindən aslı olmayaraq, "Qırmızı körpü" İrəvanın bir parçası olduğu kimi, Azərbaycan türklərinin zəngin memarlıq xüsusiyyətlətlərini, ruhunu ehtiva edir. Bunu gərək ki, erməni saxtakarları unutmasınlar!"

moderator.az


Geri qayıt