|
Dövlət Aqrar Universiteti 2025-2026-cı ili üçün Tədris Təcrübə Təsərrüfatında saxlanılan atların, iri və xırdabuynuzlu heyvanların 12 ay müddətində yemlənməsi məqəsdilə tender müsabiqəsi elan edib. Yeniavaz.comxəbər verir ki, tender müsabiqəsinin şərtlərinə görə Dövlət Aqrar Universiteti satın almaq istədiyi yemlər üçün 55 min 878 manat 34 qəpik (ehtimal olunan qiymət) ödəməyi nəzərdə tutub. Qeyd edək ki, Dövlət Aqrar Universiteti atların, iri və xırdabuynuzlu heyvanlar üçün 584 kq. soda, 135,05 kq. premıx, 1 752 kq. duz, 29 894 kq. yonca otu, 30 000 kq. qarğıdalı silosu, 9 965 kq. jımıx və 12045 kq. kəpək alacaq.
Geri qayıt
|