Əsas Səhifə > Güney Press > Qaxda kənd çayxanasında qumar oynayanlar məsuliyyətə cəlb olundular
Qaxda kənd çayxanasında qumar oynayanlar məsuliyyətə cəlb olundularBu gün, 11:05 |
|
Qax rayonunda çayxanada qumar oynayan şəxslər məsuliyyətə cəlb edilib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, rayonun Almalı kəndində Təvəkkül Məcidova məxsus çayxanada qumar oyununda iştirak edən üç nəfərQax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Bunlar kənd sakinləri – 1966-cı il təvəllüdlü Əhliman Babayev, 1983-cü il təvəllüdlü İlqar Vəliyev və 1995-ci il təvəllüdlü Zaur İslamovdur (ad-soyad şərti verilib – red.). Onların hər biri barəsində İnzibati Xətalar Məcəlləsinin 525-ci (qumar oyununda iştirak etmə) maddəsi ilə ittiham elan edilib. İş baxılması üçün qax Rayon Məhkəməsinə göndərilib. Hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Təqsirli bilinən şəxslərin hər biri 3 min manat miqdarında cərimə olunublar. Geri qayıt |