Əsas Səhifə > Güney Press > Kreml yandı: hələ ki, futbol stadionunda...

Kreml yandı: hələ ki, futbol stadionunda...


Bu gün, 06:35

Musavat.com xəbər verir ki, Ukrayna–İslandiya matçında böyük qalmaqala səbəb olan görüntü yaşanıb.

Oyunun gedişində Ukraynanın fanat qruplaşması "United Ukraine" tribunada 15x15 metr ölçülü nəhəng baner açıb. Banerdə alov içində təsvir olunan Kreml və önündə dayanan ukraynalı döyüşçü əks olunub.

Azarkeşlər bildirib ki, baner “Qoy Moskva xarabalığa dönsün” ideyası ilə hazırlanıb və hazırda cəbhədə döyüşən bütün ukraynalı fanatlara həsr olunur:

“Sektor və stadion meydançaları indi səngərlər və meşəliklərlə əvəzlənib, amma tribunalar hər zaman öz sahiblərini gözləyəcək” – deyə "United Ukraine" bəyan edib.

Hadisə beynəlxalq mediada da böyük rezonans yaradıb və sosial şəbəkələrdə geniş müzakirə olunur.

Musavat.com xəbər verir ki, görüntülər oyunun ən çox paylaşılan və mübahisə yaradan anına çevrilib.


Geri qayıt