Əsas Səhifə > Güney Press > Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub

Azərbaycan səfirliyinin vurulması Rusiya ilə Belçika arasında gərginliyə səbəb olub


Dünən, 23:16


Rusiyanın Belçikadakı səfirliyi Belçika xarici işlər naziri Maksim Prevostun Azərbaycanın Kiyevdəki səfirliyinə ziyan dəyməsi ilə bağlı Moskvaya yönəltdiyi bəyanatı rədd edib.
Yeniavaz.com
“Kommersant” nəşrinə istinadən xəbər verir ki, Rusiyanın Belçikadakı səfirliyi Maksim Prevostun açıqlmasını “tələsik və əsassız” adlandırıb.
Rusiya səfirliyi ehtimal edir ki, Azərbaycan səfirliyinin binasına dəyən ziyan Rusiya raketi ilə deyil, ABŞ istehsalı olan “Patriot” hava hücumundan müdafiə sistemi tərəfindən atılan raketlərin qalıqları nəticəsində yarana bilər. Qurumun açıqlamasında qeyd olunur ki, Rusiya Silahlı Qüvvələri Ukrayna ərazisinə zərbələr endirərkən diplomatik missiyaların yerləşdiyi koordinatları nəzərə alır.
Xatırladaq ki, noyabrın 14-də Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı genişmiqyaslı zərbələr endirildiyini açıqlayıb. Zərbələrin əsas hədəfinin hərbi-sənaye infrastrukturu və enerji obyektləri olduğu bildirilib. Bu hücumlarda “Kinzhal” hipersəs ballistik raketləri və müxtəlif tipli hücum PUA-larından istifadə edildiyi təsdiqlənib.
Azərbaycan Xarici İşlər Nazirliyi isə həmin gün Rusiya tərəfindən atılan “İsgəndər” raketlərindən birinin Kiyevdə yerləşən Azərbaycan səfirliyinin ərazisinə düşdüyünü bəyan edib. Moskva Bakının bu açıqlamasına hələlik rəsmi cavab verməyib.


Geri qayıt