Əsas Səhifə > Güney Press > Ağdərədə mina partlayışı: Xəsarət alan var

Ağdərədə mina partlayışı: Xəsarət alan var


Bu gün, 14:30

Ağdərədə mina hadisəsi nəticəsində bir nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Sırxavənd kəndi ərazisində baş verib.

Bərdə sakini, 1990-cı il təvəllüdlü Natiq Namiq oğlu Əliyev kənd ərazisində minaya düşərək yaralanıb.

Zərərçəkən dərhal Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt