Əsas Səhifə > Güney Press / Ana xəbər > Rusiyanın Əmanət Bankı AzMeCo-ya milyard yarım ayıracaq
Rusiyanın Əmanət Bankı AzMeCo-ya milyard yarım ayıracaq26-05-2014, 12:57 |
![]() Rusiya Əmanət Bankı əməkdaşlıq memorandumu çərçivəsində "Azərbaycan metanol şirkəti"nə (AzMeCo) $1,5 mlrd ayıracaq. Əmanət Bankının press-relizinə əsasən, sənəd XVIII Peterburq beynəlxalq iqtisadi Forumu (PBİF) çərçivəsində imzalanıb. AzMeCo ilə Rusiya Əmanət Bankının əməkdaşlığı Qaradağda Metanol zavoduna $450 mln ayırmağı və başqa layihələri nəzərdə tutur. Bu, Moskvada kommersiya meydançalarının, Rusiyanın cənub-qərbində Metanol zavodunun, Krımda bir sıra iri və orta biznes əqdlərinin maliyyələşməsidir. Sənəd 5 illiyə imzalanıb, uzadıla bilər. Memorandum AzMeCo-nun başqa banklarla əməkdaşlığına məhdudiyyət qoymur. AzMeCo beynəlxalq şirkətinin mənzil-qərargahı Bakıdadır. Rusiya, Niderland, Özbəkistan, Əfqanıstan və Türkiyədə fəaliyyəti var. Azərbaycanda Metanol zavodunun yeganə sahibidir. AzMeCoya investisiyalar $500 mln olub. AzMeCo-ya qazı ARDNŞ verəcək. Geri qayıt |