Əsas Səhifə > Güney Press > İslam Mahaçev UFC çempionu oldu
İslam Mahaçev UFC çempionu olduBu gün, 09:59 |
|
ABŞ-nin Nyu-York şəhərində UFC-322 turniri baş tutub. Teleqraf xəbər verir ki, gecənin əsas döyüşündə yarım orta çəki dərəcəsində kəmər sahibi Cek Della Maddalena ilə yüngül çəki dərəcəsinin çempionu İslam Mahaçev qarşılaşıb. Dağıstanlı idmançı V raunddan ibarət döyüşün sonunda hakimlərin yekdil qərarı ilə yarım orta çəki dərəcəsinin kəmərini əldə edib. Cek Della Maddalena karyerasının 21-ci döyüşündə 3-cü məğlubiyyətini, İslam Mahaçev isə 29-cu qarşılaşmasında 28-ci qələbəsini qazanıb. Geri qayıt |