Əsas Səhifə > Güney Press > İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlar
İcra başçıları xəbərdarlıqlardan nəticə çıxarmalıdırlarBu gün, 11:35 |
|
“Son dəyişikliklər onu göstərir ki, ölkəmizdə kadr islahatları davam edir”. Millət vəkilinin sözlərinə görə, dövlət başçısı bu məsələlərdə həssas, prinsipial, qətiyyətli mövqe ortaya qoyur. Vəzifə çox ciddi etimaddır. Növbəti dəfə biz Prezidentin bir sıra başçılara yüksək etimad göstərdiyinin şahidi olduq. İcra başçıları da çalışmalıdırlar ki, bu etimadı doğrultsunlar. Onlar yerlərdə Prezidentin nümayəndələridirlər, onun tapşırıqlarını diqqətlə yerinə yetirməlidirlər. Bəzi icra başçılarının yerləri dəyişdirildi və digər yerlərə icra başçısı kimi təyin edildilər. Bu onu göstərir ki, dövlət başçısının məsələyə həssas yanaşması var. Elə buna görə də icra başçıları onun xəbərdarlıqlarından nəticə çıxarmalıdırlar. Əgər onlar işlərini düzgün qörsalar, vəzifələrini düzgün yerinə yetirsələr, təbii ki, onlara ölkə rəhbərinin etimadı davam edəcək. Əgər etimadı doğrultmasalar, Prezidentin çox ciddi xəbərdarlığı və cəzası ilə üz-üzə qalacaqlar”, - C.Məmmədov deyib. Deputat son vaxtlar bir sıra icra başçılarının vəzifədən çıxarıldığını da xatırladaraq, onların xərəbradlıqlardan nəticə çıxarmadıqlarını diqqətə çatdırıb: Geri qayıt |