AzVision.az Böyük Britaniyanın “The Guardian” nəşrinə istinadən xəbər verir ki, Qəzza zolağının şərqində İsrailin və beynəlxalq hərbi kontingentin nəzarətində olan “yaşıl zona” yenidən qurulacaq, “qırmızı zona” isə dağıdılmış vəziyyətdə qalacaq.
Jurnalistlər bildirirlər ki, Vaşinqton atəşkəsdən sonra “qırmızı zona”da yaşamağa davam edən fələstinliləri “yaşıl zona”ya keçməyə təşviq etməyi planlaşdırır.
“Vəziyyət inkişaf etdikcə və bərpa üçün şərait yarandıqca Qəzza əhalisi “yaşıl zona”ya köçməyə və rahat yaşamağa başlayacaq. İnsanlar deyəcəklər ki, bu onlara lazımdır və vəziyyət bu istiqamətdə inkişaf edəcək. Heç kim hərbi əməliyyat vasitəsi ilə köçürülmənin təmin olunmasından danışmır”, - ABŞ administrasiyasındakı mənbə deyib.