Əsas Səhifə > Güney Press > Azərbaycanda investisiya şirkətinin
Azərbaycanda investisiya şirkətininBu gün, 15:04 |
|
Azərbaycanda tanınmış investisiya şirkətlərindən olan "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin böyük məbləğdə vergi borcu toplanıb. "DİA-AZ" xəbər verir ki, son məlumata görə, şirkətin vergi borcu 157 min manata çatır. Xatırladaq ki, son illər "CPM-İnvest İnvestisiya Şirkəti"nin mənfəəti kəskin azalsa da, hələlik zərərə keçməyib. Belə kİ, şirkət 2023-cü ili 1 milyon 642 min manat xalis mənfəətlə tamamlamışdı. 2024-cü ildə bu məbləğ 10 dəfə azalaraq 168 min manata düşüb. Əvəzində 2025-ci ilin ilk yarısında şirkətin xalis mənfəəti 375 min manata yüksəlib. Xatırladaq ki, "CPM-İnvest İnvestisiya Şirkəti"nin bir sahibi var. Kəmalə Məmmədova şirkətin bütün 800 səhmlərinin yeganə sahibidir. Geri qayıt |