Əsas Səhifə > Güney Press > Xocalı qatili qayıdır?

Xocalı qatili qayıdır?


Bu gün, 12:59

Xocalı qatili Vitali Balasanyan növbəti dəfə hədsiz bəyanatı ilə gündəmə gəlib.

O, ermənilərin bir gün yenidən Qarabağa qayıda biləcəklərinə ümid etdiyini bildirib. Tarixə qovuşmuş separatçıların keçmiş rəhbərlərindən olan Balasanyan hətta 10 noyabr Bəyanatının ləğv edilmədiyini söyləyib:

“Ümid edirəm ki, bu sənəd tətbiq olunacaq. Təhlükəsizlik zəmanətləri təmin edilərsə, mən də Qarabağa qayıtmağa hazırdır”.

Qeyd edək ki, Xocalıda qətliam törətmiş terrorçu Vitali Balasanyanın yenidən Qarabağa qayıtmaq istəyi azərbaycanlılar tərəfindən təpki ilə qarşılanıb. Vətəndaşlarımız belə caninin yenidən Azərbaycan torpağına gəlməsini istəmirlər.

AĞ Partiya sədrinin birinci müavini, politoloq Əhəd Məmmədli “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, ermənilər Qarabağı tərk etdikləri üçün peşman olublar:

“Xüsusilə separatçılar bu addımlarının səhv olduğunu düşünürlər. Əslində, mülki erməni vətəndaşlarını kimsə zorla Qarabağdan çıxarmadı. Əksinə, Azərbaycan hökuməti onlara səslənərək vətəndaşlığımızı qəbul edərək Qarabağda qala biləcəklərini dəfələrlə bəyan etdi. Lakin ermənilərin hikkəsinə görə Azərbaycan bayrağı altında yaşamaqdan imtina etdilər.

Düzdür, onların getməsinin bizim üçün daha yaxşı olduğunu düşünürəm. Çünki ermənilər Qarabağda qalsaydı, Fransa kimi ölkələr onlara mədəni muxtariyyət verilməsi kimi absurd tələblər irəli sürəcəkdilər. Ona görə də ermənilərin Qarabağdan könüllü getmələrini müsbət qiymətləndirirəm. Ancaq indi Balasanyan kimi başda duranları səhv etdiklərini anlayıblar”.

Ekspert qeyd edib ki, Balasanyanın sözlərinə alternativ ortaya qoymaq lazımdır:

“Ermənilərlə birlikdə yaşamağın əleyhinəyəm. Ümid edirəm ki, heç vaxt bu addımı atmarıq. Çünki mən ermənilərin sülh tərəfdarı olduqlarına inanmıram. Unutmayın ki, tarix boyu erməniləri nə vaxt bağışlamışıqsa, yenə bizə xəyanət ediblər. Ona görə də onların sözlərinə inanmamalıyıq. Ermənilərin hiylə işlətdiyini nəzərdən qaçırmamalıyıq.

Balasanyanın sözlərinə alternativ ortaya qoymalıyıq. Bizim vətəndaşlarımız da Zəngəzura, Göyçəyə və İrəvana qayıtmalıdırlar. Ondan sonra ermənilərin də Qarabağa qayıdışını düşünmək olar”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, ermənilər təkcə Qarabağa yox, Bakıya, Sumqayıta və Gəncəyə də gəlmək istəyirlər:

“Yəni onların iştahı çox böyükdür. Bu səbəbdən də Zəngəzur, Göyçə və İrəvan məsələlərini daim gündəmdə saxlamaq lazımdır ki, birdə bura qayıtmaq xülyasına düşməsinlər. Biz isə o torpaqlara qayıtmağı ciddi şəkildə düşünməliyik.

Ermənilər hələ də ağıllanmayıb, onları ağıllandırmaq lazımdır. Məsələn, Vitali Balasanyan qayıtmaq istəyirsə, problem deyil. Qayıtsın, onu tutub Bakı həbsxanasındakı digər separatçıların yanına göndərək. Onun kimi qatilin qayıdışı ancaq bu şəkildə olar”.


Geri qayıt