Əsas Səhifə > Güney Press > Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdü
Bu şirkətlər qrupunun vergi borcu 18 milyonu ötdüBu gün, 12:30 |
|
Azərbaycanda inşaat, istehsalat və yanacaqdoldurma sektorlarını özündə birləşdirən “MSDIS Holding” MMC-nin dövlət qarşısında vergi borcunun miqdarı 18 milyon manatı ötüb. “DİA-AZ” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkətin hazırda dövlət qarşısında vergi borcunun miqdarı 18 129 820,73 manat təşkil edir. Xatırladaq ki, “MSDIS Holding” 2020-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Nağiyev Mirfəyyaz Oktay Oğludur. Ötən il cəmiyyətin nizamnamə kapitalının həcmi 2 572 000 manatdan 500 manata endirilib. Bu günlərdə isə MMC nizamnamə kapitalının 50 manata azaldığını elan edib. Holdinq inşaat, istehsalat və yanacaqdoldurma sektorları üzrə fəaliyyət göstərir. Holding “MS Sement” sement istehsal müəssisəsinə, “MS Kabel” kabel istehsalı müəssisəsinə, “MS Asfalt” asfalt istehsalı müəssisəsinə, daş və qum-çınqıl yatağı ilə məşğul olan “MS Karyer” müəssisəsinə, “MS Laminat”şirkətinə və “MS Oil” yanacaq doldurma məntəqələrinə sahibdir. Ötən il “MS Oil”ə məxsus 12 yanacaqdoldurma məntəqəsinin (YDM) tam yarısı bağlanıb və onların yerində “SOCAR” brendli YDM-lər fəaliyyətə başlayıb. Geri qayıt |