Əsas Səhifə > Güney Press > Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb

Sabirabadda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb


Bu gün, 12:14

Sabirabad rayonunda qadın odlu silahla öldürülüb, qardaşı şübhəli qismində saxlanılıb.

"Report"un Aran bürosu xəbər verir ki, hadisə rayonun Qardaşkənd kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini Ülviyyə Xudaverdi qızı Məmmədova ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

Onun ölümündə şübhəli bilinən qardaşı, 1986-cı il təvəllüdlü Murtuz Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri qayıt