Əsas Səhifə > Güney Press > “Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcək
“Camaşırxana Kombinatı” rəhbərliyi seçiləcəkBu gün, 09:12 |
|
30 dekabr 2025-ci il saat 15.00-da “Camaşırxana Kombinatı” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək. "DİA-AZ" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi 30/14, 26 nömrəli ünvanda baş tutacaq. Yığıncağın gündəliyinə aşağıdakı məsələlər durur: 1. Cəmiyyətin 2024-cü il üçün illik hesabatının müzakirəsi və təsdiqi. 2. Cəmiyyətin direktorunun seçilməsi. 3. Cəmiyyətin müşahidə şurasının üzvlərinin və sədrinin seçilməsi. 4. Cəmiyyətin yeni nizamnaməsinin qəbul edilməsi və təsdiq olunması. 5. Cari məsələlər. Telefon – 055-326-00-01. Səhmdarların ümumi yığıncaqda şəxsiyyət vəsiqəsi ilə iştirakı vacibdir. Geri qayıt |