Əsas Səhifə > Güney Press / Ana xəbər > Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu

Diplomları saxta çıxan həkimin nazir olmaq arzusu


Bu gün, 15:05

Diplomları və sertifikatları saxta çıxan uzman ginekoloq kimi fəaliyyət göstərən Turanə Nəsibova-Paşayeva nazir olmaq arzusuna düşüb.

Xatırladaq ki, bir neçə ay əvvəl mediada Turanə Nəsibova-Paşayeva haqqında xeyli müzakirələr aparılmışdı.

Müzakirələrdən sonra 5 ali təhsilinin olduğunu deyən, 8 dildə danışa bildiyini söyləyən, 178 sertifikat aldığını vurğulayan, özünü uzman ginekoloq kimi təqdim edən Turanə Nəsibova-Paşayeva ilə bağlı yoxlamalar başladı. Yoxlamalar zamanı onun diplomlarının və sertifikatlarının saxta olduğu üzə çıxdı.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən də bildirildi ki, Azərbaycan Respublikasında praktik tibb fəaliyyəti ilə məşğul olmaq hüququ olan həkimlər və orta tibb işçiləri barədə məlumatlar Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin "Tibb kadrlarının vahid reyestri"nə daxil edilir. Həmin şəxslə bağlı sözügedən reyestrdə məlumat mövcud deyil.

Turanə Nəsibova-Paşayeva TikTok paylaşımları ilə yenidən gündəmə gəlib.

Onun paylaşımlardan belə məlum olur ki, saxtakarlığı ifşa olunandan sonra onun fəaliyyəti yoxlanılıb və qanunsuzluqlar aşkar edildiyi üçün klinikası qapadılıb.

İndi Turanə Nəsibova-Paşayeva bağlanan obyektlərini geri istəyir. Əks halda o, nazir postuna iddialıdır: "Obyektlərimi geri qaytarmırlarsa mən nazir postunu istəyirəm. Mən buna layiqəm".

Belə...

Görünən odur ki, Turanə Nəsibova-Paşayeva danışdıqca özünü batırır. Bundan əvvəl də danışdı, bütün sertifikatları, diplomları saxta çıxdı. Sonra da klinikasını və digər obyektlərini bağladılar.

Yenə danışmağa başlayıb və yenə özünü yandırır.

Görəsən uzman ginekoloq bu dəfə nələri qurban verəcək?

LENT.AZ


Geri qayıt