Əsas Səhifə > Güney Press > Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb

Azərbaycanın icmal büdcəsinin 10 aylıq profisiti 8 milyard manatı ötüb


Bu gün, 14:57

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın icmal büdcəsinin gəlirləri 40 milyard 960,7 milyon manat, xərcləri isə 32 milyard 691,7 milyon manat təşkil edib.

"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, gəlirlər proqnozdan 10,7 % çox icra edilib, xərclər ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 % artıb.

Son nəticədə 10 ayda icmal büdcədə 8 milyard 269 milyon manat profisit yaranıb.


Geri qayıt