Əsas Səhifə > Güney Press > Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan

Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası alan


Bu gün, 11:56

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı sui-qəsd cəhdinə görə ömürlük həbs cəzası almış Azər Səricanovun oğlu Əbülfəz Səricanovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq Əbülfəz Səricanov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Əbülfəz Səricanov DTX tərəfindən həbs edilib.

Ona DTX-də başlanılmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 28.277-ci (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə cinayətinə hazırlıq) maddəsi ilə ittiham elan olunub.


Geri qayıt