Əsas Səhifə > Güney Press > Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı

Nazirlik işçisini küçədə ölümcül döyən ata və oğulları ilə bağlı


Bu gün, 10:41

Şirvan Apellyasiya Məhkəməsində qəsdən adam öldürməyə cəhddə, qanunsuz silah gəzdirmədə, xuliqanlıqda ittiham edilən Vüsal Bəşirovun, xuliqanlıqda təqsirləndirilən - atası Fərhad Bəşirovun və qardaşı Səlim Bəşirovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Sultanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, Fərhad Bəşirov və oğlanları - Səlim ilə Vüsal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsində sürücü işləyən Daşqın Bəşirzadəni (soyadı şərtidir) döyüblər.


Məlumata görə, hadisə Daşqının işə düzəltmək adı ilə onlardan 5 min manat almasına görə baş verib. Daşqın 5 min manat qarşılığında Səlimi işə düzəldəcəkmiş.

Daşqın bu məqsədlə pulu alıb, amma heç bir iş görməyib. Aldığı məbləğin cəmi 2 min manatını qaytaran Daşqın imkan olmadığı üçün qalan məbləği ödəməyib. Buna görə də onlar arasında bir neçə dəfə mübahisə yaşanıb. Sonuncu telefon danışığında tərəflər bir-birini söyüb. Söyüşə görə hər iki tərəf bir-birini ittiham edib.

Ata və iki oğlu Daşqınla görüşə gedib. Daşqın onları görən zaman maşına əyləşərək qapıları bağlayıb. Bəşirovlar maşının şüşələrini sındırıb, Daşqının telefonunu yerə çırparaq qırıblar. Daşqını maşından düşürərək döyüblər.

Hadisə zamanı Dşaqının olduğu maşın nazirliyi məxsus olub. Maşına 500 manatdan çox ziyan dəyib.

Dava zamanı Vüsal cibindən bıçaq çıxaraq Daşqına 14 zərbə endirib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal 12 il azadlıqdan məhrum edilib. Atası və qardaşı barəsində isə 10 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Geri qayıt