Əsas Səhifə > Güney Press > London “dialoqda mən də varam” demək istəyib

London “dialoqda mən də varam” demək istəyib


Dünən, 16:48

Böyük Britaniya baş nazirinin müşaviri Conatan Pauell hansı səbəbdən Rusiya Prezidentin köməkçisi Yuri Uşakovla telefon danışığına ehtiyac duyub? Bunun bir neçə səbəbi var. Birincisi, Avropa dövlətləri, o cümlədən Böyük Britaniya Ukrayna mövsuzunda ABŞ-Rusiya dialoqunda iştirak etmirlər. Bunu Avropanın beynəlxalq aləmdə statusunun azalması kimi qiymətləndirənlər var. Tramp administrasiyası Kremllə həm dialoq aparır, həm də gərəkli bildiyi halda Rusiyaya sanksiyalar vasitəsilə təzyiq edir. Brüssel və London isə bu alətlərdən yalnız birindən istifadə edirlər. İkincisi, London Rusiyanın işğalçı siyasətini sərt tənqid edərək, Ukraynaya hərtərəfli dəstək versə də, Kremllə hansısa formada dialoqun bərpasına ehtiyac olduğunu düşünüb. Bununla London “dialoqda mən də varam” demək istəyib.
Yuri Uşakovla televonla danışan Conatan Pauell təcrübəli diplomatdır. Vaxtilə məhz onun səyi nəticəsində 30 il sürən Şimali İrlandiya problemini həll etmək və terrora son qoymaq mümkün olub. Ancaq Conatan Pauellin rusiyalı diplomatlarla manevr imkanları məhduddur. Çünki, rusiyalı diplomatlar Kreml sahibi Vladimir Putinin təlimatlarına tabedirlər. Bu təlimat isə Ukrayna ərazilərinin işğalı siyasətindən bir addım da geri çəkilməməyi diqtə edir.
Elxan Şahinoğlu - "DİA-AZ"

Geri qayıt