Əsas Səhifə > Güney Press > Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı

Babacanyan iki ölkə ilə “gizli proses”in üstünü açdı


Dünən, 15:44

“ABŞ və Böyük Britaniya kəşfiyyat orqanları Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaradılmasında iştirak etməyib”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

“Bunu haradan oxumusunuz? Bu absurddur. Xarici Kəşfiyyat Xidməti yaradılmazdan əvvəl müvafiq qanun qəbul edilib, sonra hökumətin qərarı verilib. Bundan sonra gizli proseslər olub. ABŞ və Böyük Britaniyanın bununla heç bir əlaqəsi yoxdur, yalnız Ermənistan Respublikası iştirak edir”, - Paşinyan bildirib.

Müxalif “Respublika Uğrunda” Partiyasının sədri Arman Babacanyan bundan əvvəl bəyan etmişdi ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Britaniyanın kəşfiyyat xidməti MI6-nın köməyi ilə yaradılıb.

Xatırladaq ki, Ermənistan Xarici Kəşfiyyat Xidməti 2022-ci ilin dekabrında Milli Təhlükəsizlik Xidmətindən ayrılıb və onun rəhbəri Kristine Qriqoryan (keçmiş ombudsmanı) təyin edilib.


Geri qayıt