Əsas Səhifə > Güney Press > Rusiya qəribə hesabat yaydı:
Rusiya qəribə hesabat yaydı:Dünən, 14:28 |
|
Rusiya Xarici Kəşfiyyat Xidməti "İrəvanın öpüşü" adlı hesabat dərc edib. “Cebheinfo.az” xəbər verir ki, hesabatda Ermənistanın Moskvadan "siyasi səbəblərdən" uzaqlaşma niyyəti açıqlanıb. Rusiya Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, Fransanın Avropa və Xarici İşlər Nazirliyi çaşqınlıq içindədir. İrəvanın Moskva ilə daha bir əlaqəni zəiflətməyə hazır olduğu barədə məlumat artıq sızdırılıb. Uzun illərdir ki, Ermənistan Rusiyadan taxıl alır: “İndi isə siyasi səbəblərə görə ermənilər Moskvadan "özlərini ayırmaq" və taxılın bir hissəsini Ukraynadan almaqla ona kömək etmək istəyirlər. Lakin məsələ burasındadır ki, Ukrayna taxılı iki dəfədən çox bahadır. İrəvanın vurğuladığı kimi, bu, prinsip məsələsidir - dostluq dostluqdur, pul puldur. Brüsseldən tələb olunur ki, Ukrayna taxılının artıq dəyəri kompensasiya edilsin. Avropa İttifaqının "üç qarşılığında bir" təklifi də maraqlıdır: Ermənistan üçün taxıl, Kiyevə dəstək və Moskva ilə İrəvan arasında inamsızlığın yaradılması. İndi əsas sual pulu haradan almaqdır. Ukrayna münaqişəsi, eləcə də Rusiyanı məğlub etmək istəyi səbəbindən Aİ ölkələri sosial-iqtisadi böhranın astanasındadır və büdcələri boşdur. Ukrayna taxılının pulunu oğurlanmış Rusiya aktivləri ilə ödəmək yaxşı olardı. Lakin indiyə qədər bu pulu bölüşdürə bilməyiblər. Bu məsələdə “obşak”ın (oğruların ümumi fondu-red.) sahibi olan Belçika tərəddüd edir. Aİ düşünür ki, sadəcə indi pulu ödəyib daha sonra onu unutmaq yaxşı olardı. Lakin İrəvan davamlı olaraq pul ödəməli olacağı üçün bu mümkün deyil”. Geri qayıt |