Əsas Səhifə > Güney Press > “Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”

“Mehri-Naxçıvan dəmir yolunun tikintisi Paşinyanın qardaşına veriləcək”


Bu gün, 15:10

“Ana Ermənistan” Hərəkatının funksioneri Derenik Malxasyan “Tramp yolu” kimi təqdim edilən Zəngəzur dəhlizində tikinti işlərinin kimlər tərəfindən aparılacağı barədə iddia ilə çıxış edib.

Tribunainfo.az xəbər verir ki, o, həmin ərazidən keçəcək dəmir yolunun inşası prosesinin Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın adamlarından birinə veriləcəyini bildirib.

Malxasyan qeyd edib ki, Ermənistandan Naxçıvana gedəcək dəmir yolunun tikintisi baş nazir Nikol Paşinyanın qardaşı Samvel Aleksanyana həvalə ediləcək. “Həmin yolun çəkilməsi ilə o, Azərbaycanın sayəsində milyonlarla dollar gəlir əldə edəcək”.


Geri qayıt