Əsas Səhifə > Güney Press > Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib

Ukrayna ordusu Rusiyanın neft müəssisələrinə zərbələr endirib


Bu gün, 14:59

Ukrayna ordusu Rusiyanın Saratov neft emalı zavoduna, Feodosiya dəniz neft terminalına və Donetskdə daha bir neçə müəssisəyə zərbələr endirib.

APA UNIAN“a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

“Saratovda hədəfə endirilən zərbələrdən sonra ard-arda partlayışlar qeyd olunub, ardınca isə böyük yanğın baş verib. Dəyən ziyan araşdırılır” Ukrayna ordusunun Baş Qərargahından bildirilib.

Feodosiya dəniz dəniz neft terminalına hücumda, müəssisənin ərazisində yerləşən tanklar da hədəfə alınıb.

Qeyd edək ki, Saratov neft emalı zavodu 20-dən çox neft məhsulu istehsal edir.


Geri qayıt