Əsas Səhifə > Güney Press > “Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək”
“Bu baş verərsə, İrəvanla Zəngəzur arasında əlaqə kəsiləcək”Bu gün, 11:53 |
|
Ermənistanda qarşıdan gələn parlament seçkiləri ilə bağlı revanşist qüvvələrin apardıqları təbliğata daha bir məsələ də daxil edilib. Tribunainfo.az xəbər verir ki, bu dəfə heç də köhnə məsələ olmayan “torpaqlar veriləcək” mövzusu ətrafında geniş xəbərlər yaymağa başlayıblar. Müxalifət düşərgəsini təmsil edən politoloq Alen Qevondyan bu barədə daha geniş yazaraq, Kərki kəndi ətrafında müəyyən hadisələrin baş verəcəyini bilridib. O qeyd edib ki, Kərki kəndinin Azərbaycana qaytarılmasına hazırlıq gedir. “Kərki kəndi verildikdən sonra Azərbaycan silahlı qüvvələri burada yerləşdiriləcək”. O vurğulayıb ki, Sünik, Vayots Dzor və Ararat rayonlarında bəzi kəndlər var ki, onlar anklav adı altında Azərbaycana veriləcək. “Kərki kəndinin sakinləri Pryur Sevak kəndinə köçürüləcək. Artıq həmin kənddə Kərkidən köçənlər üçün indidən evlər tikilib”. Qevendyan onu da bildirib ki, Kərki kəndi qaytarıldıqdan sonra kənddə Azərbaycan ordusu və sərhəd xidməti, gömrük məntəqəsi, Azərbaycan tərəfindən təyin edilmiş müvəqqəti inzibatçı, daha sonra azərbaycanlılar yerləşdiriləcək. O, bunun riskli tərəflərindən də danışıb. Erməni politoloq qeyd edib ki, Kərkidə Azərbaycan gömrüyü yerləşdirilərsə, onlar hansı erməninin və ya erməni maşınının keçib, keçməyəcəyinə qərar verəcəklər. “Bu yolun Azərbaycana keçməsi Ermənistanın şimalından cənuba hərbi yüklərin daşınması mümkünsüz olacaq”. Tribunainfo.az bildirir ki, Parlaq Ermənistan Partiyasının sədri Edmon Marukyan da analoji fikirlərlə çıxış edib. Lakin o, Qevondyandan fərqli olaraq, konkret olaraq hansı ərazilərdən söhbət getdiyi barədə danışmayıb. Marukyan bildirib ki, əgər Paşinyan yenidən seçilərsə, Ermənistan Respublikası ərazisindən Azərbaycana yeni güzəştlər olacaq. “Onlar Ermənistan üçün pozucu, fundamental problemlər yaradacaq”. Geri qayıt |