Əsas Səhifə > Güney Press > Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində

Sərkisyan Rusiyanı “satdı”: Ermənilər heyrət içində


Bu gün, 11:47

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanın sonuncu 7 saatlıq müsahibəsi ölkədə rezonans doğurub.

Globalinfo.az xəbər verir ki, Sərkisyan Qarabağın itirlməsi və özünün 2018-ci ildə səssiz şəkildə hakimiyyəti hazırkı baş nazir Nikol Paşinyana və onun komandasına təhvil verməsi prosesindən danışıb.

O, Rusiyanın niyə hər iki məsələdə səssiz qalması ilə bağlı suala gözlənilməz şəkildə cavab verib:

“2018-ci ildə küçələrdə genişmiqyaslı etirazlar keçirilirdi. Bu zaman Karen Karapetyan baş nazir vəzifəsini icra edirdi. O müddətdə Rusiya hər şeyə rəğmən yenə də rahat idi. Çünki mən hakimiyyətdən getsəm belə, yerimə digər bir adamı olan Karapetyanın gələcəyini düşünürdü. Kreml inanırdı ki, bu baş verənlər onlar üçün elə də böyük tragediyaya səbəb olmayacaq. Lakin Ermənistanda belə böyük anti-Rusiya əhvali-ruhiyyəsinin ortaya çıxması gözlənilmirdi”.

Sərkisyanın bu sözləri və “Moskvanın adamı” olmaq kimi ifadələri açıq şəkildə dilə gətirməsi ictimaiyyətdə böyük maraqla qarşılanıb. Erməni siyasətçilər keçmiş prezidentin 7 saatlıq müsahibəsində xalqı Rusiyanın Qarabağın itirilməsində rol oynamadığına inandırmağa çalışdığını deyir. Lakin buna baxmayaraq onun açıqlamaları eyni zamanda Moskvanı hədəfə gətirəcək çıxış kimi qiymətləndirilir.


Geri qayıt