Əsas Səhifə > Güney Press > “1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...”
“1 manatı 100 dollar etdim, tamaşaçı qaytarmaq istəmədi, dedi ki...”Bu gün, 11:06 |
|
“10 fokusun, heç olmasa 7-nin sirrini tamaşaçılar bizdən soruşur. Bir dəfə elə oldu ki, 1 manatı tamaşaçıdan alıb 100 dollar etdim. O sonra baxırdı görsün ki, həqiqətən bu dollardır? Həqiqi dollar olduğunu biləndən sonra dedi ki, “bu pul mənimdir”. Ona dedim ki, niyə sənin olmalıdır ki? Əziyyət çəkən axı mənəm orada. Hiss edirdim ki, onun bu pulu qaytarmaq fikri yoxdur. Dedim ki, ver heç olmasa iki dənə edim, biri sənin olsun, biri mənim. O da aldandı. Gözünün qabağında yenə həmin pulu qatdayıb açdım, 1 manat oldu və özünə verib dedim ki, sənin pulun budur”.
Bunu Moderator.az-a açıqlamasında məşhur fokusçu, “Sehrbaz Tofiq əmi” adı ilə tanınan aktyor Tofiq İsgəndərli deyib.
![]() O daha sonra bildirib ki, bəzi fokuslarının sirrini xaricə satıb:
“Fokusların sirlərini satmaq olur. Şəxsən mən xaricə satmışam. İki fokusumun sirrini satmışam, özü də yaxşı pula. Bir dəfə də Çində festivalda olanda müəllif nömrəmi göstərirdim. Ora öz fokuslarını satanlar gəlmişdilər. Bir-iki sehrbaz yaxınlaşıb soruşdu ki, “bu fokusun sirrini satırsan?”. Dedim ki, xeyr, satmaq fikrim yoxdur, festivalın sonunda baxarıq. Bir də gördüm ki, yenidən yaxınlaşıb məndən bu fokusun sirrini satmağımı xahiş edirlər. Özü də təklfi etdilər ki, nə qədər qiymət desən verəcəyik. Sözsüz ki, tərcüməçi ilə danışırdıq. 2 min dollar verəcəklərini dedilər. Sonda gəlib 4 min dolların üstündə dayandılar. Əvvəlcə pula şirnikləşdim, istədim ki, satım. Fikirləşdim ki, o bunu alıb kopya edib satışa buraxacaq, ondan sonra mən bu fokusu harada göstərəcəm? Nə qazanacam? Ona görə də satmadım. Bir dəfə də Türkiyədəki festivalda İrandan olan bir sehrbaz müəllif nömrəmi məndən istədi. Mən o fokusu əlimlə düzəltmişdim. Həmin fokusçu dedi ki, “mən bunu fabrikdə düzətdirərəm, sataram və hər dəfə satılanda da sənə də ordan faiz verərəm”. Fikirləşdim ki, bu mənə hesabat verməyəcək ki, bu qədər satdım? Dedim ki, xeyr, satmıram. Çox xahiş etdi, nə qədər dedisə satmadım. Söhbət “Piramida” fokusumdan gedir. Satdınsa getdi. Bazara yayılandan sonra onu göstərməyin böyük bir əhəmiyyəti yoxdur. Yəni həmin fokus səninki olmağından çıxır. Pandemiya vaxtında iş yox idi, boş vaxt həddindən artıq çox idi. Mən o zaman bir neçə rekvizit düzəldib, yaxşı qiymətə xaricə satmışam. Düzdür, bir az göndərmək çətin olub, amma hərhalda qazanc əldə etmişəm. Sonra “Üllizion” adlı fokusum var idi. Onun mən çertyojunu satmışdım. İdeyamı da satmışam. Xaricdə dillerlər var, xüsusilə bu işlərlə məşğuldurlar. Onların fokusunu heç kim düzəldib, sata bilməz. Onların rəsmi saytları, işləri var. Qanunla məhkəməyə verə bilərlər. Amerikada, Almaniyada, Çində bu kimi işlər çox yayılıb” deyə Tofiq İsgəndərli bildirib.
Geri qayıt |