Əsas Səhifə > Güney Press > Zelenskiyə yaxın iş adamı ölkədən qaçdı
Zelenskiyə yaxın iş adamı ölkədən qaçdıBu gün, 17:46 |
|
Ukraynada prezident Vladimir Zelenskiyə yaxınlığı ilə tanınan biznesmen Timur Mindıç ölkəni tərk edib. Timur Mindıç uzun illər Zelenski ilə birlikdə fəaliyyət göstərən “Kvartal 95” studiyasının təsisçilərindən və şərik-sahiblərindən biri kimi tanınır. Ukrayna ictimai-siyasi çevrələrində o, Zelenskinin biznes tərəfdaşı və yaxın əlaqələrinin olduğu fiqur kimi təqdim edilir. Məlumata görə, NABU yalnız Mindıçın deyil, həm də yüksək dövlət vəzifəli şəxslərin ünvanlarında axtarışlar aparır. Xüsusilə ədliyyə naziri və keçmiş energetika naziri German Qaluşenkonun ünvanları da əməliyyat çərçivəsində yoxlanılır. Axtarışların hansı cinayət işi çərçivəsində aparıldığı barədə rəsmi açıqlama hələlik verilməyib, lakin istintaqın iri korrupsiya şübhələri ilə əlaqəli olduğu bildirilir. Musavat.com arayış olaraq bildirir ki, NABU — Ukraynanın Milli Korrupsiyaya qarşı Bürosudur. Müşahidəçilər hesab edirlər ki, əməliyyat Zelenski administrasiyasında və ona yaxın iqtisadi dairələrdə daxili “təmizləmə prosesinin” gücləndiyini göstərir. Eyni zamanda Mindıçın axtarışdan dərhal əvvəl ölkəni tərk etməsi, istintaqın gedişinə dair öncədən xəbərdarlıq aldığı ilə bağlı suallar doğurur. Hazırda məsələ ilə bağlı NABU rəsmi açıqlamanı yaxın günlərdə verməlidir. Geri qayıt |