Əsas Səhifə > Güney Press / Ana xəbər > Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldı
Tiflis İrəvana təzyiq rıçaqlarını işə saldıBu gün, 09:17 |
|
Ermənistan və Gürcüstan münasibətlərində həmişə çoxlu problem olub, amma, bu, çox vaxt gözəl bəyanatlar pərdəsi arxasında görünmürdü. Axar.az xəbər verir ki, bunu erməni politoloq Hrant Mikaelyan deyib. O bildirib ki, problemlər indi Gürcüstanın milli siyasəti fonunda daha bariz şəkildə görünəcək: "İqtisadi nöqteyi-nəzərdən Tiflis “Tramp yolu ” layihəsi çərçivəsində razılaşmalardan narahatdır. Tiflis aydın şəkildə başa düşür ki, hazırda Gürcüstan marşrutu ilə həyata keçirilən ticarət dövriyyəsi gələcəkdə Ermənistana yönləndirilə bilər, bu da iqtisadi itkilərə səbəb olacaq. Narazılıq əlaməti olaraq onlar Ermənistana qarşı ərazi təzyiq rıçaqlarından istifadə edə bilər, bu il artıq bir neçə dəfə müşahidə olunub: Gürcüstan öz ərazisindən müəyyən malların daşınmasını məhdudlaşdırıb. Üstəlik, iqtisadi aspektdən əlavə, siyasi amil də var. Oktyabrın 31-də İrəvanda Avronest Parlament Assambleyası Gürcüstandakı vəziyyətlə bağlı ölkədə demokratiyanın tənəzzülünə işarə edən qətnamə qəbul edib. Hakim Mülki Müqavilə fraksiyasının deputatları isə onun qəbulunu dəstəkləyiblər. Ermənistan AB-nin istədiyi kimi səs verdi. Hazırda antigürcüstan siyasəti yoxdur, lakin aydındır ki, bu, Gürcüstana mənfi təsir göstərib". Geri qayıt |