Əsas Səhifə > Güney Press > Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaq
Süni intellekt Britaniya şirkətlərində ixtisarlara səbəb olacaqBu gün, 07:58 |
|
Süni intellektin təsiri Böyük Britaniyanın hər dörd böyük şirkətindən birində ixtisarlara səbəb olacaq. Teleqraf xəbər verir ki, bu barədə Financial Times (FT) britaniyalı işəgötürənlərin sorğusuna istinadən məlumat yayıb. Sorğuya görə, iri şirkətlərin dörddə birindən çoxu süni intellektin təsiri səbəbindən 2026-cı ilə qədər işçilərin sayının azalacağını gözləyir. Kiçik səviyyəli vəzifələr ən çox risk altında olacaq. Böyük Britaniyanın Kadr və İnkişaf İnstitutunun (CIPD) məlumatına görə isə, iri özəl şirkətlərin 26%-i və dövlət sektoru təşkilatlarının 20%-i növbəti 12 ay ərzində öz fəaliyyətlərini sadələşdirmək üçün ixtisar etməyə hazırlaşır. Geri qayıt |