Əsas Səhifə > Güney Press > Övladı əsgərliyə gedən
Övladı əsgərliyə gedənBu gün, 11:00 |
|
Deputatlar siyasi qərarları ilə yanaşı, həm də şəxsi həyatlarının bəzi detallarına görə cəmiyyətin diqqət mərkəzindədir. Onların övladlarının hərbi xidmətə gedib-getməməsi məsələsi ictimai marağın dəyişməz mövzusudur. Xüsusi ilə 5 il əvvəl Vətən müharibəsi dövründə bu mövzu ətrafında yaranan müzakirələr cəmiyyətin deputatlardan gözləntilərini bir daha aydın şəkildə ortaya qoyur. Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlının sözlərinə görəəsgərliyə yararlı bütün oğlan uşaqları hərbi xidmətə getməlidir: "Hərbi xidmətə getmək nə siyasətçinin, nə qeyri - siyasətçinin övladına bağlı olmalıdır. Azərbaycanda əsgərliyə yararlı bütün oğlan uşaqları vaxt gəldikdə hərbi xidmətə mütləq getməlidir. İllərdir səfər etdiyim Türkiyədə görürəm ki, övladı əsgər getməyən şəxslərə yaxşı baxmırlar. Mənim oğlum universiteti bitirən kimi əsgərliyə gedib, 1 il xidmət çəkib, alnının ağı ilə çox da gözəl xidmət edib. Ondan sonra təhsilini davam etdirib, - magistratura təhsili alıb. İndi əsgərlər üçün hərbi xidmətlərdə hər cür şərait yaradılıb. Əsgərliyə zülm yeri kimi baxılmamalıdır. Əsgərlik hər bir azərbaycanlı kişisinin həm borcu, həm də şərəf məsələsidir". Millət vəkili Aydın Mirzəzadənin oğlu universitet təhsilindən sonra bir illik hərbi xidmətini çəkib. Deputat Vüqar Rəhimzadə bildirib ki, hər üç oğlunun ikisi əsgərliyə gedib. "3 oğlum var, ikisi Bakı Dövlət Universitetinin bitirdikdən sonra hərbi xidməti uğurla başa vurub. İlk oğlum 2016, digəri isə 2018-ci ildə əsgərliyə gedib. Son beşik oğlum da bu il orta məktəbi bitirib və Bakı Dövlət Universitetinə qəbul olunub. O da ali təhsilini bitirdikdən sonra əsgərliyə gedəcək. Hərbi xidmətdən keçmək şərəfli işdir" - deyə o qeyd edib. Deputat Novruz Aslanın oğlu isə hazırda hərbi xidmətdədir. Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, hər iki oğlu hərbi xidmət borcunu yerinə yetirib. Millət vəkili Tahir Rzayev hərbi xidmətdə olmaq, torpaqlarımızı qorumaq hər bir şəxsin borcu olduğunu bildirib.
Deputat Əli Məsimli isə sorğumuza cavab olaraq bildirib ki, oğlu Anar 2008-ci ildə hərbi xidmət borcunu yerinə yetirib. O, 2008-ci ildə Daxili Qoşunların Zaqatala rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib. Geri qayıt |