Əsas Səhifə > Güney Press > Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdı
Tramp G20-nin Cənubi Afrikada keçirilməsini rüsvayçılıq adlandırdıBu gün, 10:11 |
|
G20-nin Cənubi Afrikada keçirilməsi tamamilə rüsvayçılıqdır. Publika.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb. O bildirib ki, niderlandlı köçkünlərin, eləcə də fransız və alman immiqrantlarının nəslindən olan afrikanerlər öldürülür, torpaqları və fermaları qanunsuz olaraq müsadirə olunur. “Burada insan haqlarının pozulması davam etdiyi müddətcə heç bir ABŞ hökumət rəsmisi bu tədbirdə iştirak etməyəcək. 2026-cı ildə Florida ştatının Mayami şəhərində G20-yə ev sahibliyi etməyi səbirsizliklə gözləyirəm”, - deyə Tramp qeyd edib. G20 noyabrın 22-23-də Yohannesburqda keçiriləcək. Geri qayıt |