Əsas Səhifə > Güney Press > Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...
Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət deyil, lakin...Bu gün, 09:44 |
|
Əksər müşahidəçilərə görə, rusların Pokrovsku ələ keçirməsi qaçılmaz görünür. Şəhərin xarabalıqları üzərində nəzarət əldə etmək təcavüzkara növbəti hücumlar üçün ciddi bir təkan verməyəcək. Axar.az xəbər verir ki, bunu amerikalı siyasi ekspert Mark Çempion bildirib. O qeyd edir ki, daha möhkəmlənmiş mövqe döyüşlərinə keçiddən sonra Rusiya öz qarşısına nisbətən kiçik aralıq hədəflər qoymuşdu — Baxmut, Avdeyevka, indi isə Pokrovsk kimi orta ölçülü şəhərləri ələ keçirmək. Lakin bu şəhərlərin hər birinin ələ keçirilməsi Rusiyaya insan və texnika baxımından nəhəng itkilərə başa gəlib: “Məhz buna görə də Pokrovskun itirilməsi Ukrayna üçün fəlakət olmayacaq, baxmayaraq ki, hər iki tərəf artıq bu şəhərə böyük siyasi əhəmiyyət verir. Ukraynalılar üçün bu, mənəviyyata növbəti zərbə olacaqsa, ruslar üçün — bu il rekord itkilərdən sonra əldə edilən yeganə mühüm uğur kimi görünəcək”. Geri qayıt |