Əsas Səhifə > Güney Press > Azərbaycanlı iş adamına futbolla bağlı
Azərbaycanlı iş adamına futbolla bağlıBu gün, 18:00 |
|
Rusiya Futbol İttifaqının İntizam Komitəsinin (KDK RFS) rəhbəri Artur Qriqoryants bildirib ki, iş adamı Tufan Sadıqovun futbolla bağlı hər hansı fəaliyyət göstərməsi ömürlük qadağan edilib.
Bakupost.az xəbər verir ki, komitənin məlumatına görə, Sadıqovun hərəkətləri nəticəsində “Ximki” futbol klubu peşəkar statusunu itirib.
Qriqoryants jurnalist Yeqor Kabakın (“Çempionat”) qəzetinə deyib ki, “Sadıqovun “Ximki” klubunun fəaliyyətinə ciddi təsir göstərən, onun idarəçiliyinə və qərarlarına yön verən, həmçinin peşəkar statusun itirilməsinə gətirib çıxaran qeyri-rasional hərəkətlərinə görə futbolla bağlı istənilən fəaliyyəti həyata keçirməsi ömürlük qadağan olunur. Sadıqov bu qərardan Rusiya Futbol İttifaqının Apellyasiya Komitəsinə müraciət edə bilər”.
Qeyd edək ki, Sadıqovun yanlış idarəçiliyinə görə klub 448 milyon rubl (9 milyon 375 min manat) borcu ödəyə bilməyərək müflis elan olunub. Onu da qeyd edək ki, biznesmen Türkiyənin aşağı liqasında da klub sahibidir.
Geri qayıt |