Əsas Səhifə > Güney Press > Tanınmış tiktoker məsuliyyətə cəlb olundu

Tanınmış tiktoker məsuliyyətə cəlb olundu


Bu gün, 11:30

Sosial şəbəkələrdə “Koti” kimi tanınan fenomen məsuliyyətə cəlb olunub.

Teleqraf-ın məlumatına görə, o, qanunsuz qumar oyunlarını təbliğ etdiyi üçün məhkəmə önünə çıxarılıb.

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə 25 yaşlı tiktoker özünü təqsirli bilərək əməlini etiraf edib. O, 2023-2025-ci illərdə özünə məxsus instaqram hesabında qanunsuz mərc saytlarını reklam etdiyini, bunu bir daha təkrarlamayacağını bildirib.

Hakim Tural Musayevin sədrliyi ilə keçirilən prosesdə “Koti” İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi üzrə təqsirli bilinib və o, 600 manat məbləğində cərimə edilib.

Qeyd edək ki, onunla bağlı protokolu Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərtib edib.


Geri qayıt