Əsas Səhifə > Güney Press > “Azəriqaz”ın direktor müavininin bacanağına HÖKM OXUNDU
“Azəriqaz”ın direktor müavininin bacanağına HÖKM OXUNDU4-11-2025, 15:54 |
|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Aslanov Bayram Mətləb oğlu və Quliyev Rəşad Cavad oğlunun cinayət işi üzrə hökm oxunub. Lent.az xəbər verir ki, məhkəmə A. Bayramın 8 il, Q. Rəşadın 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. Xatırladaq ki, onlara qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.3.2 - ci və 228.1 -ci maddəsi üzrə cinayət işi açılıb. Cinayət işində 3 nəfər - Abdullayev Şirin Tapdıq oğlu, Şıxıyev Rasim Bəyoğlan oğlu və Quliyev Emin Faiq oğlu zərərçəkmiş qismində tanınıblar. Həbs edilənlərdən Bayram Aslanov “Azəriqaz”ın direktor müavini Cahid Hüseynovun bacanağıdır. Geri qayıt |